“Qarabağ”ın futbolçusu ən dəqiqlər arasında

“Qarabağ”ın futbolçusu ən dəqiqlər arasında
ÖLKƏ FUTBOLU 6 Oktyabr 2021 / 17:00 3496
-  A +

Avropa Konfrans Liqasının qrup mərhələsində 2-ci turun statistik göstəriciləri açıqlanıb.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Kevin Medina ən çox dəqiq ötürmə verən futbolçular sırasında yer alıb.
 
Kolumbiyalı futbolçu Kiprdə “Omoniya”ya 4:1 hesabı ilə qalib gəldikləri görüşdə 86 dəfə dəqiq ötürmə verib. O, bu göstəricidə  “Tottenhem”in futbolçusu Kristian Romero ilə birlikdə 4-5-ci yerləri bölüşür.
 

“Kopenhagen”in oyunçusu Nikolay Boylesen ilk pillədə yer alıb. O, “Linkoln”ıa oyunda (3:1) 106 dəfə dəqiq ötürmə verib.
 

Daha çox


Son xəbərlər
topaz banner