"Qarabağ"ın müdafiəçisi Kevin Medina klubun saytına açıqlama verib.
Qol.az xəbər verir ki, kolumbiyalı futbolçu komandasının UEFA Konfrans Liqası və Azərbaycan Premyer Liqasındakı çıxışı barədə danışıb:
“Mövsümə uğurlu başlamağımızın səbəbini yaydakı təlim-məşq toplanışı ilə əlaqələndirmək olar. Toplanışı yaxşı keçirtmişdik və yüksələn xətt üzrə inkişafımız göz önündədir. Oyundan oyuna performansımızı daha da artırırıq. Mövsümə yaxşı başlamığımızı daha çox bununla əlaqələndirirəm. Konfrans Liqasının təsnifat oyunlarını uğurlu adladıq və qrup mərhələsinə vəsiqə qazandıq. Qrup mərhələsinə də yaxşı başladıq. Yeni turnirdə tarix yazmaq istəyirik, bizim istəyimiz budur. Yerimizdə saya bilmərik, çox çalışmalıyıq və bunu komandanın hər bir üzvü başa düşür.
Azərbaycan çempionatında da işlərimiz yaxşı gedir. Ümumiyyətlə, doğru yolda olduğumuzu düşünürəm. Məqsədimiz çempion olmaqdır. Çalışacağıq ki, ötən mövsün buraxdığımız səhvləri təkrarlamayaq və bundan dərs çıxaraq. Premyer Liqada 1-ci olub, Çempionlar Liqasının təsnifat mərhələsində çıxış etmək istəyirik. Bu turnirdə iştirak etmək həm “Qarabağ”ın, həm də azarkeşlərimizin istəyidir. “Qarabağ” böyük turnirlərə yaraşan komandadır. Çempionatda asan rəqib yoxdur. Onların da hədəfləri var və buna görə çalışırlar. Lakin bizim də məqsədimiz çempionluqdur və bu arzu dəyişmir”.
Kevin Medina öz oyunu barədə bunları deyib: “Ötən mövsümlə müqayisədə özümü daha çox inamlı hiss edirəm və oyunumda inkişaf görürəm. Bəzi çatışmazlıqlarım var idi və keyfiyyətlərimi artırmaqla komanda yoldaşlarıma kömək etməyə çalışıram. Bu şəkildə müdafiə xəttində etibarlılıq artır və bunun fərqindəyəm. Məqsədim daha inkişaf etmək və səviyyəmi artırmaqdır. Bu yolla komanda yoldaşlarıma daha çox kömək etmək istəyirəm.
“Qarabağ”ı tanıyan hər kəs məqsədlərimizi də bilir. Bizim öz dəst-xəttimiz var. Bunun da əsas pay sahibi baş məşqçimiz Qurban Qurbanovdur. Komandamızın əsas lideri odur. O, hər birimizdən potensialımızdan maksimum istifadə etməyimizi istəyir və buna da nail olur. Komandamızın uğurlarının əsas faktorları da budur”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda