Nuri Şahin Superliqa klubuna baş məşqçi təyin olunur

Nuri Şahin Superliqa klubuna baş məşqçi təyin olunur
ÖLKƏ FUTBOLU 5 Oktyabr 2021 / 19:18 5775
-  A +

Türkiyənin "Antalyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Qol.az xəbər verir ki, klub prezidenti Aziz Çetin "Haber Global"a açıqlamasında komandanı Nuri Şahinin çalışdıracağını bildirib.

O. Türkiyə millisinin sabiq üzvü ilə 5 illik müqavilə imzalayacaqlarını bildirib. Klub rəhbəri 33 yaşlı yarımmüdafiəçinin futbolçu kimi meydana çıxıb-çıxmayacağının özündən asılı olduğunu deyib.

Qeyd edək ki, 2020-ci ildə futbolçu kimi  "Antalyaspor" transfer olunan Nuri Şahinin klubu ilə 2022-ci ilin yayına qədər müqaviləsi var.

Daha çox


Son xəbərlər
topaz banner