Bu gün Unibank Premyer Liqasında 10-cu turun oyunlarına start veriləcək. Qol.Az-ın məlumatına görə, ənənəvi olaraq hesabat turunun oyunlarının yarısı şənbə, qalan üçü isə bazar günü oynanılacaq.
İlk oyun günündə liderlərin taleyinə aydınlıq gəlmiş olacaq. Tur Qəbələdə yerli komandayla AZAL arasında baş tutacaq qarşılaşmayla start götürəcək. Son turlar ardıcıl qələbələri sıralayan “Qəbələ” cari mövsümün uğurla irəliləyən komandalarından olan paytaxt təmsilçisinə də sürpriz yaşatmağa çalışacaq. Lakin 3-cü pillədə qərarlaşan “təyyarəçilər”lə duel Toni Adamsın komandası üçün heç də asan keçməyəcək. Axı Nazim Süleymanovun yetirmələri ötən tur son ölkə çempionu “İnter” üzərində 5 cavabsız qolla qələbə qazanmaqla, necə ciddi rəqib olduğunu bir daha isbatlamış oldu. Hər halda həm meydan sahiblərinin, həm də qonaqların düşərgəsində əla əhval-ruhiyyənin hökm sürməsi maraqlı və gərgin mübarizənin şahidi olacağımızdan xəbər verir.
Qəbələdəki qarşılaşmanın bitməsindən sonra Premyer Liqanın əsas liderləri - “Neftçi” ilə “Xəzər Lənkəran” meydana çıxacaq. Ötən tur səfərdə qərb təmsilçiləriylə qarşılaşan bu iki komanda yenə də eyni bölgənin təmsilçiləriylə, lakin evdə üz-üzə gələcək. Paytaxt klubu ötən tur “Xəzər Lənkəran” üzərində inamlı qələbə qazanan (4:1) “Gəncə”ni, cənub təmsilçisi isə bakılıları büdrədən “Turan”ı qəbul edəcək. Lakin çempionluğa iddialı olan əzəli rəqiblərin doğma meydanda eyni uğursuzluğu təkrarlaması elə də inandırıcı görünmür.
Turun digər qarşılaşmaları bazar günü oynanılacaq. İlk qarşılaşma autsayderlər – MOİK ilə “Simurq” arasında baş tutacaq. Hər iki komandanın qələbəyə böyük ehtiyacı olduğu dəqiqdir. Lakin hələlik cari mövsümdə 3 xal üzünə həsrət qalan Zaqatala klubu nəhayət bu sindroma sabah son qoya bilər.
“Bakı” üzərində qələbəylə üst pillələrə qalxmağı bacaran “Qarabağ”ı çətin Salyan səfəri gözləyir. Hər halda doğma meydanda məğlub olmayan “Muğan”la Ağdam klubu arasındakı qarşılaşma da turun əsas maraq doğuran görüşlərindən hesab olunur.
Turun mərkəzi oyununda isə iki paytaxt təmsilçisi üz-üzə gələcək. Son oyunlarını məğlubiyyətlə başa vuran “İnter”lə “Bakı”nı çətin bir qarşılaşma gözləyir. Tərəflərin tarixi mübarizəsində “zolaqlılar”ın üstünlüyü diqqət çəksə də, “bankirlər”in də son turda 5 cavabsız qolla məğlub olduqları üçün qisas eşqiylə alışıb-yandıqlarını təxmin etmək çətin deyil.
Unibank Premyer Liqası
10-cu tur
23 oktyabr (şənbə)
"Qəbələ" - AZAL
Hakimlər: Ceyhun Haşımov, İlham Əliyev, Habil Əliyev, Fuad Həsənov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Qəbələ. Şəhər stadionu. Saat 15:00.
"Neftçi" - "Gəncə"
Hakimlər: Elçin Məmmədov, Aydın Ələkbərov, Elşən Acalov, Zahid Həşimov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 17:00.
"Xəzər Lənkəran" - "Turan"
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Coşqun Həsənov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Rüfət Hüseynov.
Lənkəran. Şəhər mərkəzi stadionu. Saat 17:00.
24 oktyabr (bazar)
MOİK - "Simurq"
Hakimlər: Əliyar Ağayev, Ramiz Əsədov, Yaşar Abbasov, Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Əmir Zamanov.
Bakı. "Şəfa" stadionu. Saat 13:00.
"Muğan" - "Qarabağ"
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, İsgəndər Əliyev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Salyan. Şəhər stadionu. Saat 15:00
"İnter" - "Bakı"
Hakimlər: Vüsal Əliyev, Azər Əsgərov, Munis Abdullayev, Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. "Şəfa" stadionu. Saat 18:00.
| 1 | "Neftçi" | 9 | 6 | 2 | 1 | 17-4 | 20 |
| 2 | "Xəzər Lənkəran" | 9 | 5 | 3 | 1 | 10-5 | 18 |
| 3 | AZAL | 9 | 5 | 2 | 2 | 14-6 | 17 |
| 4 | "Qarabağ" | 9 | 5 | 2 | 2 | 12-6 | 17 |
| 5 | "İnter" | 9 | 5 | 1 | 3 | 7-8 | 16 |
| 6 | "Gəncə" | 9 | 3 | 5 | 1 | 15-9 | 14 |
| 7 | "Qəbələ" | 9 | 4 | 1 | 4 | 8-7 | 13 |
| 8 | "Bakı" | 9 | 3 | 3 | 3 | 12-12 | 12 |
| 9 | "Muğan" | 9 | 2 | 3 | 4 | 6-9 | 9 |
| 10 | MOİK | 9 | 1 | 1 | 7 | 4-20 | 4 |
| 11 | "Turan" | 9 | 0 | 4 | 5 | 7-15 | 4 |
| 12 | "Simurq" | 9 | 0 | 3 | 6 | 7-18 | 3 |
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər
"Şamaxı" - "Araz-Naxçıvan" matçından - Video
Osimhen milliyə çağrılmadı
16 yaşlı qapıçının debütü təxirə salındı
1-ci liqada bu gün yalnız “Şəfa” qələbəyə sevindi
"Real" və "Atletiko"dan sonra növbə "Qalatasaray"ındır?
Premyer Liqa rekordçusu gələcəyini ailəsinə həvalə etdi
"Mançester Yunayted" onun üçün 100 milyon xərcləyəcək?
"Layiq olmadığımız məğlubiyyətlə üzləşdik" - Ayxan Abbasov
"Oyun heç-heçə də bitə bilərdi" - Andrey Demçenko
Azərbaycan millisi Farer adalarına da böyük hesabla uduzdu
"Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
Kvaratsxeliya ÇL tarixinə belə düşdü
Elşən Abdullayev mükafatlandırıldı
"Real" ilk dəfə belə uğur qazanır
"Sportinq"in baş məşqçisi 5:0-dan danışdı
“Şamaxı” - “Araz-Naxçıvan”: Heyətlər
Premyer Liqada daha 5 oyunun hakimləri açıqlandı
ÇL-in oyunları bu kanallarda
Qvardiola "Mançester Siti"dəki gələcəyi ilə bağlı nə dedi?
"Neftçi”yə təklif olunan həmin futbolçular mənə lazım deyil”
"Bodo-Qlimt"in baş məşqçisindən vida açıqlaması
Liverpul küçələrində "Qalatasaray" atəşfəşanlığı - Video
AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununda
"Real" "Mançester Siti"yə belə qalib gəldi - Video
Riçard Almeydanın yeni klubu
Seneqaldan çempionluq alınıb Mərakeşə verildi! - Şok qərar
"Bodo-Qlimt" ÇL-lə vidalaşdı, "Real" və PSJ 1/4 finalda
"Fənərbaxça"dan böyükhesablı qələbə
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar