Araz oynadı, "Etnikos" böyük hesabla məğlub oldu

Araz oynadı, "Etnikos" böyük hesabla məğlub oldu
ÖLKƏ FUTBOLU 3 Oktyabr 2021 / 14:57 2634
-  A +

Kipr çempionatında 5-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin çıxış etdiyi “Etnikos” doğma meydanda “Aris”lə qarşılaşıb. Yarımmüdafiəçimizin komandası bu oyunda uduzub– 0:3.

Araz da görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 28-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Etnikos” turnir cədvəlində 1 xalla 12-ci sonuncu pillədə qərarlaşır.

Daha çox


Son xəbərlər
topaz banner