Dadaşovun komandası uduzdu

Dadaşovun komandası uduzdu
ÖLKƏ FUTBOLU 3 Oktyabr 2021 / 14:22 1545
-  A +

Almaniyanın Qərb Regional Liqasında 10-cu turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun da çıxış etdiyi “Şalke 2” səfərdə “Vuppertaler”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.
 
Rüfət də həmin görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
Qeyd edək ki, “Şalke 2” turnir cədvəlində 11 xalla 12-ci pillədə qərarlaşır.

Daha çox


Son xəbərlər
topaz banner