"Keşlə" 2 futbolçusunu itirdi

"Keşlə" 2 futbolçusunu itirdi
ÖLKƏ FUTBOLU 2 Oktyabr 2021 / 18:08 1867
-  A +

"Keşlə"  Azərbaycan Premyer Liqasın 6-cı turunda hazırda davam edən “Sabah”la matçda 2 ciddi itki ilə üzləşib. 

Qol.az xəbər verir ki, əvvəlcə 28-ci dəqiqədə 21 yaşlı müdafiəçi Elçin Mustafayev çiynindən xəsarət alıb. O, mübarizəni davam etdirə bilməyib və  Rafael Məhərrəmli ilə əvəzlənib.

5 dəqiqə sonra isə kapitan İlkin Qırtımov sıradan çıxıb. 31 yaşlı müdafiəçinin əvəzinə meydana  42-ci dəqiqədə  Kərim Diniyev daxil olub.

Qeyd edək ki, hazırda ikinci hissəsi gedən görüşdə “Keşlə” 1:0 hesabı ilə öndədir.

Daha çox


Son xəbərlər
topaz banner