“Məncə, elə bir adam tapılmaz ki, “Qarabağ”ın oyununa görə qürur hissi keçirməsin. Hesabı qoyaq qırağa, göstərdiyi oyun çoxdan bizə işarə verirdi ki, “Qarabağ” bu nəticələri əldə edəcək”.
Bu sözləri Qol.-az-a açıqlamasında AFFA-nın vitse-prezidenti, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.
“Qarabağ”ın Konfrans Liqasında uğurlu çıxışları ilə bağlı fikirlərini bildirən millimizin sabiq çalışdırıcısı komandanın böyük bir uğurun astanasında olduğunu bildirib: “Hamımız görürük ki, “Qarabağ” çox gözəl oyunla nəticə qazanır. Bu da gələcəyə ümidlə baxmağa imkan verir. Əvvəlcədən danışmaq istəməzdim, amma “Qarabağ”ın göstərdiyi oyun, orada görülən işlər onu göstərir ki, biz yeni bir tarix səhifəsinin astanasındayıq. Yəni qrupdan çıxmağı nəzərdə tuturam. İndidən demək olar ki, ən çətin oyunumuz sonuncu - İsveçrədə “Bazel”lə qarşılaşma olacaq. Baxmayaraq ki, oyunlardan əvvəl “Bazel” favorit göstərilirdi, ancaq bizim “Qarabağ” oyunu ilə sübut edir ki, özü favoritdir”.
“Qarabağ”ı Avropanın nəhəng klubları ilə müqayisə edən V.Sadıqov Ağdam təmsilçisini qrupun favoriti adlandırıb: “Təkcə oyunla deyil. Bu gün biz kənardan izləyəndə görürük ki, “Qarabağ” güclü bir kollektiv formalaşdıran klubdur. Bu, hər birimizi sevindirir. Qürurlanırıq ki, bu gün Avropada nəhəng komandaların sırasında “Qarabağ” da var. Mən əvvəlcə də demişdim ki, “Qarabağ” qrupun favoritlərindəndir. Bəlkə də kimlərsə düşünə bilərdi ki, bu, pafoslu çıxışdır. Bu gün bunu bir daha təsdiq etmək istəyirəm ki, “Qarabağ” qrupun favoritidir.
“Qarabağ” təkcə oyunu ilə, nəticəsi ilə göz oxşamır. Oradakı ab-hava da gözəldir. Komanda qol vuranda ehtiyatda olan bütün futbolçular da bir-birini təbrik edir. Yəni biz meydançada əsl komanda görürük. Hiss olunur ki, bu komanda böyük uğurun astanasındadır. Nəticədən asılı olmayaraq, Qurban Qurbanovun komandasının göstərdiyi oyun, o dəsti-xətt Avropada seçilir. Bu, çox önəmlidir. “Qarabağ”a uğurlar arzulayıram. Rəqibləri bundan sonra daha güclü hazırlaşacaqlar. Hələ bizi qabaqda ağır oyunlar gözləyir. Mən istərdim ki, “Qarabağ” bizi sona qədər sevindirə bilsin və yeni tarix yazmağı bacarısn. Buna çox ümidliyik”.
Vaqif Sadıqov “Qarabağ” dövrünün ən güclü vaxtını yaşayır” fikirlərinə də münasibət bidlirib: “Mən belə yanaşmaq istəməzdim. “Qarabağ” hər il güclü heyəti ilə seçilir. Bu da komandanın daxilində aparılan transfer siyasətindən irəli gəlir. Biz heç vaxt görmürük ki, komandada lazım olmayan oyunçu olsun. Hər zaman heyətə cəlb olunan futbolçular tam şəkildə istifadə olunur və öz xeyrini verir. Eləcə də, dünənki oyunda bunun şahidi olduq. Bunun arxasında görünməyən böyük transfer siyasəti durur. Yəni bu gün tək oyunu ilə yox, görünməyən tərəfləri ilə seçilən bir “Qarabağ” komandamız var. Tək transferləri qeyd etməyək. Burada Qurban Qurbanov başda olmaqla məşqçi heyəti mütləq qeyd olunmalıdır. Yəni bəzi klublarda da yaxşı transferlər olur. Ancaq onları birləşdirib, eyni niyyətə qulluq elətdirmək məsələsi var. Burada məşqçi işi lazımdır”.
Ramiq AĞAMƏMMƏDOV
Tarixin 70-cisi
"Sabah" "Qəbələ"yə qarşı
“Latsio” sonda sevindi
"Bu uğurun sirri barədə danışmaq çətindir" - Kurban Berdiyev
“Turan Tovuz”dan qələbə, “Zirə” - “Kəpəz” matçında heç-heçə
Neymar DÇ-2026 üçün ilkin heyətə daxil edildi
"Zirə" - "Kəpəz" matçında vurulan 4 qol - Video
"Mançester Siti" ilə oyunu buraxacaq
Sadıqovdav şüarlara cavab
La Liqa prezidenti Xavinin Messi açıqlamasını təkzib etdi
"Atletiko" Qonsalesi transfer etməyə tələsmir
Hakimi tənqid etdiyinə görə cərimələndi
"Neftçi" - "Turan Tovuz": Heyətlər
“Şəmkir” - “Xankəndi” matçı niyə baş tutmadı? - PFL açıqladı
"Liverpul" "Qalatasaray"la matça ciddi itkilərlə çıxacaq
"Şirvan" evdə qələbə qazandı, Şəmkirdə matç baş tutmadı
"Zirə" - "Kəpəz": Heyətlər açıqlandı
Mbappe "Real"ın həkimlərinə etibar etmir
Azərbaycan millisinin üzvü Yunanıstan kubokunu qazandı
"Xavi özündənrazı olmuşdu" - Joan Laporta
"Vallah, bilmirəm nə deyim" - "Sumqayıt"ın kapitanı
Nəriman artıq ABŞ-dadır
PSJ yeni formasını təqdim etdi - Şəkil
Braziliya futbolunda belə dava olmayıb - Video
Endrik yenə Fransada hamını qabaqladı
"Barselona"da işim bitib, geri qayıtmayacam"
Türkiyəli mütəxəssis hava limanında vəfat etdi