Yığmamızın Qırğızıstanla oyunu Qəbələdə olacaq

Yığmamızın Qırğızıstanla oyunu Qəbələdə olacaq
ÖLKƏ FUTBOLU 1 Oktyabr 2021 / 11:40 1988
-  A +

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası oktyabırın 1-də Qəbələ şəhərində təlim məşq toplanışına başlayacaq.

Qol.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 12 gün davam edəcək hazırlıq prosesi müddətində iki yoldaşlıq oyunu nəzərdə tutulub.

Rəqib Qırğızıstandan olan həmyaşıdlar olacaq. Görüşlər oktyabrın 8-də və 11-də olacaq.

 

Daha çox


Son xəbərlər
topaz banner