İsmayıl da zədələndi

İsmayıl da zədələndi
ÖLKƏ FUTBOLU 29 Sentyabr 2021 / 13:51 2941
-  A +

"Qarabağ" Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda "Omoniya" (Kipr) ilə matç öncəsi daha bir ciddi itki ilə üzləşib. 

Bu barədə Qol.az saytına klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə açıqlama verib. O, Ağdam təmsilçisinin futbolçusu İsmayıl İbrahimlinin zədələndiyini bildirib: 

"Təəssüf ki, İsmayıl İbrahimli zədələnib. Onun məşq zamanı əzələsi dartılıb. İsmayıl təxminən 2 həftə oynaya bilməyəcək. Düzdür, "Omoniya" ilə matç üçün Nikosiyaya gəlib, amma oyunda iştirak etməyəcək". 

Qeyd edək ki. sabah keçiriləcək "Omoniya" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Daha çox


Son xəbərlər
topaz banner