"Bu gün uduzmağımıza baxmayaraq, komandamıza alqış düşür. Çünki uşaqlar çempiona qarşı oynadıqlarını hiss etdirmədilər".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Ramin Quliyev evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının 5-ci tur matçından sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, komandası hər iki qolu adi epizodlardan buraxıb. Quliyev bunu bəxtsizliklə əlaqələndirib. O, yaratdıqları epizodlardan maksimum yararlana bilmədiklərini söyləyib: "Bu gün nəinki bərabərlik qolunu vura, hətta hesabı xeyrimizə dəyişə bilərdik. Kimə qarşı oynadığımızı bilirdik. Bununla belə, qol buraxdıqdan sonra da özünəinam hissi ilə çıxış etdik. Məğlubiyyətlər komandamıza inamsızlıq gətirir".
Futbolçuların əzmkarlıq göstərdiyini deyən baş məşqçi sərt qərarlar verməyi doğru saymayıb: "Bu məğlubiyyəti sırf bəxtsizliklə əlaqələndirərdim. Adi vəziyyətdən qol buraxırıq, amma bir metrdən qol vura bilmirik. Bu gün Sebalyos yaxşı oynadı. O, gələndə 4 ay futbol oynamamışdı. Artıq o, komandaya uyğunlaşıb, əsas heyət üzvüdür. Məğlubiyyətləri qəbul edirəm. Amma oyundan-oyuna komandamız formalaşır. Düşdüyümüz vəziyyətdən çıxmağa çalışacağıq. 5 oyuna 1 xalımız var. Qərarı verən rəhbərlikdir. Futbolda belə şeylər olur. Yenə də rəhbərliklə danışacağam. Hər şeyi açıq danışacağam. Düşdüyümüz vəziyyət mənə xoş deyil. Bu vəziyyətdən çıxmalıyıq".
Quliyev növbəti turlarda rəhbərliyin inamını qaytarmağa çalışacaqlarını da dilə gətirib: "Növbəti turda "Keşlə" ilə qarşılaşacağıq. İki autsayder oynayacaq. Hərəmizin bir xalı var. "Keşlə"yə də xüsusi yanaşırıq. Hər şeyin başında qələbə durur. Düşdüyümüz vəziyyət ürəkaçan deyil".
Baş məşqçi gənc futbolçu Camal Cəfərova irad deyil, inam verməyə çalışdığını da diqqətə çatdırıb: "Onu dəstəkləmək üçün yanıma çağırdım. Kənardakılara başqa cür görünməsin".(report.az)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda