Ağdamın "İmarət" stadionunun bugünlərdə çəkilmiş fotosu yayılıb.
Qol.az xəbər verir ki, məlum səbəblərdən baxımsız qalmasına baxmayaraq, meydançanın təbii ot örtüyünün yaşıllığı diqqət çəkir. Meydançaya 29 ildir insan əli dəyməyib. Bu, bir daha Ağdam və Qarabağ torpağının nə qədər bərəkətli olduğunu göstərir.
Əməkdar jurnalist, Qol.az saytının redaktoru Aydın Bağırov özünün Feysbuk statusunda bununla bağlı yazıb:
"29 il, işğal dövründə bura insan əli dəyməyib. Əksinə darmadağın edilib "İmarət" stadionu. Meydança da pis vəziyyətə düşüb. Amma görün, Qarabağ və Ağdam torpağı necə bərəkətli, möcuzəvidirsə, meydançanın örtüyü təbii halını saxlamağı bacarıb.
Bakıda isə Respublika Stadionuna il ərzində on minlərə manat pul xərclənir, nə vaxt baxırsan, sapsarı, kələ-kötürdür...
Yeri gəlmişkən, eşitdiyimə görə, "İmarət"in meydançasına heç vaxt kənar yerdən qazon gətirilməyib. Bu, necə deyərlər, oranın öz doğma otu, örtüyüdür".
Xatırladaq ki, Ağdamın ermənilər tərəfindən işğal edilməsinə qədər (1993) "Qarabağ" ev oyunlarını "İmarət" stadionunda keçirib.

Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda