Bu həftə Azərbaycan Premyer Liqasında 5-ci turun oyunları keçiriləcək.
Qol.az xəbər verir ki, turun son günündə meydana çıxacaq “Qəbələ” Sumqayıtda eyniadlı komanda ilə qarşılaşacaq. Sentyabrın 26-da keçiriləcək matç “Kapital Bank Arena”da təşkil olunacaq.
Bu, “qırmızı-qaralar”ın “Sumqayıt”la 37-ci dueli kimi tarixə düşəcək. İndiyədək iki komanda arasında 36 qarşılaşma keçirilib.
Əvvəlki oyunlarda "Qəbələ" böyük üstünlüyə malikdir. Aktivində 21 qələbə olan “Qəbələ” 10 heç-heçə edib və yalnız 5 dəfə uduzub. Bu üstünlük top fərqində də əksini tapıb – 57:27. “Qırmızı-qaralar”ın heyətində “Sumqayıt”a ən çox qol vuran futbolçu Viktor Mendidir. Onun hesabında 7 top var.
Premyer Liqa çərçivəsində keçirilən 35 görüşdə 20 dəfə üç xal qazanan “Qəbələ” 10 sülhə nail olub. “Sumqayıt” isə 5 dəfə qalib gəlib. Çempionatdakı top fərqi 56-27-dir.
Səfər matçlarında da üstünlüyə malik olan “qırmızı-qaralar” rəqib meydanındakı 17 oyun 7 dəfə qalib gəlib. 6 qarşılaşma heç-heçə bitib. Digər 4 matçda meydan sahibləri üç xala seviniblər. Səfərdə 23 top vuran "Qəbələ" 17 top buraxıb.
Xatırladaq ki, sentyabrın 26-da keçiriləcək “Sumqayıt” - “Qəbələ” matçı saat 19:15-də başlayacaq.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda