Millimizin oyunları kütləvi yoluxmaya görə ləğv olundu

Millimizin oyunları kütləvi yoluxmaya görə ləğv olundu
ÖLKƏ FUTBOLU 22 Sentyabr 2021 / 19:25 1661
-  A +

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Belarusun müvafiq yığması ilə keçirməli olduğu yoldaşlıq oyunları ləğv edilib.

Qol.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna Bakıya səfər ərəfəsində rəqib komandanın heyətində bir neçə futbolçunun COVID-19 testinin pozitiv çıxması səbəb olub.

Qeyd edək ki, matçlar 24 və 27 sentyabrda keçirilməli idi.

Daha çox


Son xəbərlər