“Yeni gələn transferlərimiz yavaş-yavaş ritmə düşürlər".
Qol.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 4-cü turunda “Keşlə” ilə keçirilən oyundan (3:0) sonra mətbuat konfransında deyib.
Abasov Sezar Meza Kolliyə şans verməsi ilə bağlı sualı belə cavablandırıb: “Hər oyundan sonra mətbuat konfranslarına baxıram. Amma məndən başqa heç kimə bu niyə oynamır, o niyə oynayır sualı verilmir. Sezar Meza Kolli zədələndi, ona görə ikinci hissədə oynamadı. Bizə yeni oyunçular qoşulub. Bəziləri üçün hətta bir hissə oynamağa da tam hazır deyil. Getdikcə hamısı formaya düşəcək. Məşqlərdə oyuçuların hamısı rəqabət hiss edirlər. Bu gün Tyaqodan xoş hərəkətlər gördük. İnşallah, yaxşı olar. Heç nə bir günə qurulmur. Allah bizə "Neftçi"də ömür versin, komandanı yüksək səviyyəyə çıxaracağımıza inanıram. Ən azı mən qarşıma avrokubokların qrupuna düşmək məqsədi qoymuşam. Yüz faiz qruplara düşəcəyik".
Çalışdırıcı bəzi itkilərin olduğunu söyləyib: "Bask və Harramizin övladı dünyaya gəldi, onlara icazə verdik. Baskda bir az problem oldu, gecə ilə getdi. İcazə verməsən də olmur. Fikirləri orada idi. Hətta Bask pis vəziyyətə düşmüşdü. Ömər Buludov da iki həftəlik karantindən çıxıb, bu gün ikinci məşqinə çıxmışdı. Xorxe isə yeni gəlib. İnanın ki, yeni gətirdiyimiz futbolçular hətta yay fasiləsinin əvvəlində bizim üçün əlçatmaz idilər".(apasport.az)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi