“Hər dəfə məğlubiyyətdən sonra nəsə danışmaq çətindir".
Qol.az xəbər verir ki, bu sözləri “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 4-cü turunda “Neftçi” ilə keçirilən oyundan sonra keçirilən mətbuat konfransında deyib.
0:3 hesablı məğlubiyyəti şərh edən çalışdırıcı bildirib: “Belə start gözləmirdik ki, 4 oyundan sonra xalsız qalaq. Bəlkə məşqlər bizi aldatdı, bəlkə transferlərdə tələsdik. Avrokuboklar bizi tələsdirdi. Təəssüf ki, səviyyə aşağı olan futbolçular gəldi. O pula daha yaxşısını almaq olardı. Bir az səbr edib başqa oyunçular gətirsəydim, bəlkə daha yaxşı olardı. Getmək asandır. İnsan nəyəsə inanır, çalışırsan ki, bəlkə düzələr. "Neftçi" də olsa, uduzmaq təsir edir. Əlimizdə düşən şanslardan istifadə edə bilmirik. Bu təzyiq üzərimizdə var. Qarşıdakı günlərdə nə olacaqsa olacaq".
Qurbanov istefanın gündəmdə olduğunu gizlətməyib: "Kuboku qazanandan sonra heç kim istefa barədə yazmırdı. Baş məşqçisiz necə kuboku qazanmaq olar? Hər məşqçi başa düşür ki, məğlubiyyət artdıqca çemodan dolur. Futbolda təsadüf olmur. Kuboku da təsadüfən qazanmamışıq. Rəhbərlik desə, hər zaman getməyə hazıram. İnsan düzəltməyə daha çox çalışmalıdır. İstefam gündəmdədir, burada təzminat söhbəti eləmirəm. Sabah rəhbərlik deyə bilər ki, sağ ol, işimiz bura qədərdir. İşimdən tutub yapışmamışam. Heç nədə qorxum yoxdur. İstefa lazım olsa, edəcəyəm. Bəlkə də, getməyim çıxış yoludur və ya əksinə. Yalvarıb burada qalmaq fikrim də yoxdur. Rəhbərlik nə əziyyət çəkdiyimi görür. Bəlkə də, rəhbərliyin yazığı gəlir ki, səhərdən axşama qədər əziyyət çəkir. Məğlubiyyətin birbaşa günahkarı mənəm. Legioner məşqçilərdən deyilik ki, təzminat tələb edək. Çıxış yolunu hamımız axtarırıq".(apasport.az)
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı