“Danışılası çox şey yoxdur. "Qəbələ" meydanda bütün komponentlərdə bizi üstələdi. Hesab da oyunu əks etdirir. Hər tur olduqca ağır keçir. Futbolçuları oyunlara hazırlamaq olduqca çətindir”.
Qol.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 4-cü turunda “Qəbələ” ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, səfərdə 0:5 hesabı ilə uduzduqları görüş haqda bunları bildirib: “Çempionatda belə məğlubiyyətlər olacaq. Bizim üçün belə məğlubiyyətlər gözləniləndir. Stabil oynamağımıza bir çox amil çatışmır. Rəqiblərdən geri qalsaq da, bəhanə gətirmək istəmirəm. “Qəbələ” bizi tam üstələdi və layiqli qələbə qazandı. Biz isə növbəti görüşü düşünməliyik. Oyunçularımızın çoxu Premyer Liqada oynadığını dərk etməlidir. Bu, hər oyunçu üçün ciddi sınaqdır. Ancaq bu sınaqdan üzüağ çıxmaq lazımdır, bu gün bunu bacarmadılar".
Hacıyev məğlubiyyətin səbəbləri barədə də danışıb: “Bir az bəhanə kimi çıxmasın, səbəbləri oyun gedə-gedə və matçdan əvvəl hiss edirdik. Həftəiçi normal məşq edə bilməmişdik. Rahid Əmirquliyev və Camal Araqonun xidmətindən yararlana bilmədik. Süni otda oynayandan sonra futbolçular çoxlu güc sərf edirlər. Rəqiblərimiz də oynayır. Amma bizdə futbolçuları bərpa etmək üçün işi bu yöndə kifayət qədər inkişaf etdirməyə ehtiyac var. Bunlar bəhanə deyil. Bu gün gümrah və əvvəlki turlardakı kimi istəkli “Səbail”i mən də görə bilmədim. Çalışacağıq ki, əsas oyunçularımızı tez bərpa edək".(apasport.az)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi