"Keşlə"nin futbolçusuna 3 oyunluq cəza

"Keşlə"nin futbolçusuna 3 oyunluq cəza
ÖLKƏ FUTBOLU 17 Sentyabr 2021 / 13:50 856
-  A +

AFFA İntizam Komitəsi "Keşlə"nin futbolçusu Anatol Abanqı 3 oyunluq cəzalandırıb.

Qol.az xəbər verir ki, bu haqda İntizam Komitəsinin qərarında bildirilib. Buna kamerunlu hücumçunun evdə “Zirə”yə 0:2 hesabı ilə uduzduqları matçın 28-ci dəqiqəsində “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulması səbəb olub.

Paytaxt klubu isə 2 400 manat ziyana düşüb.

“Sabah” – “Qəbələ” oyununda (0:2) isə meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün paytaxt təmsilçisi 800 manat cərimələnib.
 

Daha çox


Son xəbərlər
topaz banner