"Qarabağ" mövqeyini qorudu

"Qarabağ" mövqeyini qorudu
ÖLKƏ FUTBOLU 17 Sentyabr 2021 / 11:10 3464
-  A +

UEFA  Avrokuboklarda qrup mərhələsinin 1-ci turundan sonra klubların reytinq siyahısını açıqlayıb.

Qol.az xəbər verir ki, Avropanın 100 ən yaxşı komandası arasında Azərbaycanın yalnız bir təmsilçisi yer alıb. Bu, Ağdamın “Qarabağ” klubudur.

Premyer Liqanın vitse-çempionu cədvəldə 1 pillə geriləyib. 18,500 xala malik Qurban Qurbanovun yetirmələri Avropanın 71-cisi adına şərikdir. Təmsilçimiz Niderland “Feyenoord”u ilə eyni xala malikdir. Təmsilçimiz bir gün əvvəlki mövqeyini qoruyub.

“Qarabağ” 68-70-ci yerləri bölüşən ÇFR (Rumıniya), “Gent” (Belçika) və “Molde”dən (Norveç) 0,500 xal geri qalır.

Qeyd edək ki, siyahıya “Bavariya” başçılıq edir – 118,000.

Daha çox


Son xəbərlər
topaz banner