“Çox intensiv oyun izlədik. Bunu da gözləyirdik”.
Qol.az xəbər verir ki, bu sözləri “Bazel”in baş məşqçisi Patrik Rahmen Konfrans Liqasının 1-ci turunda “Qarabağ”la keçirilən matçdan sonra deyib.
Bakı Olimpiya Stadionunda Azərbaycan təmsilçisinin qonağı olan İsveçrə klubu 0:0 hesablı heç-heçə edib.
Oyunsonrası mətbuat konfransında 52 yaşlı çalışdırıcı fikrini bu sözlərlə davam etdirib: “Meydanda eyni səviyyəli komandaları gördük. Amma 90 dəqiqə rəqib daha üstün oldu. İkinci hissədə yüksək pressinqlə oynadılar. Son dəqiqələrdə Ramil Şeydayevin zərbəsində isə bəxtimiz gətirdi. "Qarabağ" bizə qarşı öz potensialını ortaya qoydu".
52 yaşlı mütəxəssis qazandıqları bir xala görə razı olduğunu bildirib: "Biz də matçda bəzi şanslar yaratdıq. Sadəcə, hücumlarımızın sonunu gətirə bilmirdik. "Qarabağ" çox güclü rəqibdir. Qrupda yalnız "Kayrat"la bağlı kifayət qədər məlumatım yoxdur. "Omoniya" ilə Kiprdə oynamaq çətin olacaq. "Qarabağ" 7 il avrokubokların qrup mərhələsində çıxış edib. Onlara hörmətlə yanaşıram".
Rahmen nəticədən razı olduğunu söyləyib: "Çünki bu oyunla bir xaldan artığını düşünə bilmərəm. Dünən isveçrəli jurnalistlərlə söhbətimdə də "Qarabağ"ın necə güclü komanda olduğunu söyləmişəm. Nəticədən məyus deyiləm. Sadəcə, komandamdan daha çox şey gözləyirdim. Bəzi komponentlərdə razı qaldığım məqamlar var. Bir xala görə razıyam. Qrupun güclü komandasına qarşı oynadıq və Bakıdan bir xalla evə qayıdırıq".(apasport.az)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi