Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Legiya"nın baş məşqçisi Çeslav Mixneviç komandasının hazırkı durumu haqqında danışıb.
Qol.az sport.tvp.pl-a istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Spartak"la matç öncəsi mətbuat konfransında komandanın oyun sistemində dəyişikliklər etmək istədiyini deyib:
"Yay transfer pəncərəsində yeni oyunçluar gəldi. Artıq transfer pəncərəsi arxada qalıb. Hazırda imkanlarımızı və komandamızın durumunu bilirik. Bu mənada rahatıq. Bütün yaxşı oyunçularımızdan istifadə etməliyik. Mahir Emreli, Jozue Soareş, Ernest Muçi və başqalarının oynaya biləcəkləri sistem tapmaq istəyirəm. Hücum potensialımız var və bundan yararlanmaq niyyətindəyik. Hər qarşılaşmada rəqib meydanında özünü rahat hiss edən ən azı 5 oyunçunun olmasını istəyirəm".
Qeyd edək ki, sabah keçiriləcək "Spartak" - "Legiya" oyunu Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü
Flik Qavinin milliyə çağrılmasına qəzəbləndi
Azərbaycan millisinin heyəti açıqlandı
"Futbolu unutmaqlarını istəyirəm" - Valdas Dambrauskas
"Sabah"ın qələbəsindən - Video
"Sabah" bizdən daha güclüdür" - Saşa İliç
Mərakeş qələbə qərarından sonra bəyanat yaydı
"Sabah" "Sumqayıt"a, "Zirə" "Karvan-Yevlax"a qalib gəldi
ÇL-də həftənin komandasında kimlər var?
"Neftçi" "İmişli" ilə matça itki ilə çıxacaq
Salah "Liverpul"un ÇL rekordçusu oldu
“Neftçi” İK vahid lider oldu
Rəşad Sadıqov klub rəhbərlərinə irad tutdu - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Braziliya klubunda yeni baş məşqçi
"Sabah" - "Sumqayıt": Heyətlər
"Qarşıdakı təqvim qorxulu yuxuya bənzəyir" - Rəşad Sadıqov
1-ci liqada 19-cu tura yekun vuruldu
Anatoli Nuriyevdən gözəl qələbə qolu - Video
“DH Volley” komandası pley-off mərhələsinə vəsiqə qazandı
"ABŞ-ı boykot edəcəyik, dünya çempionatını yox"
“Real”da ciddi itki