Azərbaycan Premyer Liqasının 4-cü turunun “Neftçi” – “Qarabağ” oyunu (1:2) zamanı maraqlı hadisə yaşanıb.
Qol.az xəbər verir ki, Ağdam komandasının fanatlarının “İmarət” azarkeş qrupu “Neftçi”nin baş məşqçisi Samir Abasovu istefaya səsləyib. “İmarət”in bu addımı birmənalı qarşılanmayıb. Məsələ burasındadır ki, adətən bir komandanın azarkeşləri öz məşqçiləri, klubu qarşısında bənzər tələb, şüar səsləndirir. Bu dəfə isə biz fərqli mənzərənin şahidi olduq. Azarkeş qrupu əzəli rəqibinin baş məşqçisindən vəzifədən getməyi tələb etdi.
İstənilən halda “İmarət”in bu addını kreativ saymaq olar. Hər halda tribunalarımızda qeyri-etik hərəkət olmadığı müddətdə barışmaz rəqiblərin azarkeşlərinin bu tipli hərəkətləri həmin komandalar arasında oyuna marağı daha da artırır.
Qeyd edək ki, matçdan sonra keçirilən mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Samir Abasov “İmarət”in onu istefaya səsləməsinə münasibət bildirib. "Onlara meydanda verdiyim cavab ağır idi. Onu burada mətbuata deyə bilmərəm. Onların belə etməsi mənim üçün yaxşıdır. Həmin azarkeşlərə təşəkkür edirəm. Samir 7 il sonra gəldi və onların əlindən çempionluğu aldı. Əlbəttə onlar üçün Samirin getməyi yaxşıdır".
Bu gün isə “İmarət” Azarkeş Qrupu özünün Feysbuk səhifəsindən paylaşım edərək Samir Abasova xəbərdarlıq mesajı göndərib. “O deyib ki, “meydanda cavab verdiklərim ağır idi”. Ürəyində cavab zad da verirmiş bu. Gələn oyunda görərsən ağırlığı” – deyə paylaşımda bildirilib.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi