“Çox maraqlı oyun alındı. Hər iki komandanın futbolçuları alqışa layiq idi. Oyunçularımı təbrik edirəm. Düşündüyümdən daha yaxşı oynadılar. Uzun müddətdir ki, çempionatda bu qədər azarkeşin qarşısında oynamırdıq. Meydanda əsl futbol gördük. Oyunçular çoxdandır birlikdə oynamamışdılar. Bu gün qərar verdim ki, onlar birlikdə olsun. İstər-istəməz yorğunluq olur. Matçdan əvvəl bir dəfə normal məşq etmişdik".
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 3-cü turunda “Neftçi” ilə keçirilən oyundan (2:1) sonra təşkil edilən mətbuat konfransında deyib.
Qurbanov Konfrans Liqasının qrup mərhələsinin ilk turunda Bakıda qarşılaşacaqları İsveçrə “Bazel”i ilə oyun haqda da danışıb: “Bazel”lə görüşdə futbolçular daha yaxşı ola bilər. Bu gün meydança ağır idi. Bu məni bir az narahat edir”.
Təcrübəli baş məşqçi “Neftçi”nin görüşün sonlarında daha çox irəli atıldığını sözlərinə əlavə edib: "Əks-hücumlara çıxsaq da, sonluq yaxşı alınmırdı. Toral Bayramov yorulmuşdu, ona görə narahat oldum. Çatışmazlıqlar var. Belə olanda futbolçuları ələ almaq mümkündür”.
Mütəxəssis iki qol vuran İbrahima Vadji barədə bunları diqqətə çatdırıb: "O, fərqli çempionatdan gəlib. Çox istəkli futbolçudur. Meydanda sonadək mübarizə aparır. Ona alqış düşür. "Neftçi"nin müdafiəsini təzyiqdə saxladı. Məşqlərdə çox istəklidir. Bəzi çatışmayan cəhətləri var. Ustalıq səviyyəsini daha da yaxşılaşdıracağına inanıram".(apasport.az)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi