"Bu oyuna itkilərlə çıxmışdıq. Əsasən də müdafiədə ciddi problemlərimiz var idi. Yurgen Qoxa ağrılarla oynayırdı, Cabir Əmirli dünən məşq etməmişdi. Buna baxmayaraq futbolçular meydanda planlaşdırdıqlarımızın hamısını yerinə yetirməyə çalışdılar".
Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqamızın 3-cü turunda evdə "Sumqayıt"a qalib gəldikləri oyundan (1:0) sonra təşkil edilən mətbuat konfransında deyib.
- Yaxşı oynadıq. "Sumqayıt"ı da təbrik etmək istəyirəm. Ayxan Abbasov böyük iş görüb. Bu gün "Sumqayıt"ı asanlıqla məğlub etmək mümkün deyil. Çox güc sərf etdik. Düşünürəm ki, layiqli qələbə qazandıq. Bu 3 xalı itirə də bilərdik. "Sumqayıt"ın qapımızda qol epizodları oldu. Amma ümumən topu özümüzdə yaxşı saxlaya bildik. Oyunumuzu daha da yaxşılaşdırmaq üçün irəli baxmalıyıq. Bu gün vacib 3 xal qazandıq. Sevinməyə çox vaxtımız yoxdur. Çətin Qəbələ səfərimiz var. "Qəbələ" də oyunu ilə göstərdi ki, Avroliqa iddiası var.
- Ədilxan Qarəhmədov, Ruslan Hacıyev kimi futbolçuların oyununda sanki, irəliləyiş var. Siz necə düşünürsüz?
- Bu futbolçular artıq 3 ildir bizimlədir. Əvvəlki illərdə az şans qazanırdılar. Bu il planımızda gənclərə daha çox şans vermək var. Elton Elbəyli, Elmir Tağıyev və başqa I Diviziondan heyətə qatdığımız futbolçular var ki, gələcəkdə onlara şans verəcəyik. Bu il qarşımızda olan məqsədlərdən biri də gənc futbolçuları inkişaf etdirib futbolumuza qazandırmaqdır.
- "Səbail" Kamran Ağayevdən hər hansı fayda görür?
- Kamran fasilədə barmağından zədə alıb. Ona görə hazırlıqdan kənarda qalmışdı, yoxlama oyunlarında da iştirak etmədi. Bu gün Elxan Əhmədova şans verdik. Ondan başqa gənc qapıçı da var. Qapıda rəqabətimiz var.(sportal.az)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi