"Oyuna fərqli hazırlaşmışdıq. Amma qırmızı vərəqədən sonra işimiz çətinləşdi. Müdafiə olunmalıydıq. Futbolçular xeyli güc itirdilər. Sonda standart vəziyyətdən qol buraxdıq".
Bunu "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov evdə "Zirə"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis bildirib ki, oyunla bağlı danışılası çox şey yoxdur: "Üç oyundur uduzuruq, üzgünük. Psixoloji gərginliyi üstümüzdən ata bilmirik. Futbolçular məşqdə daha yaxşıdırlar. Amma oyunlarda gərginlik görünür".
Qurbanov görüşün 28-ci dəqiqəsində qırmızı vərəqə alaraq, meydandan qovulan Anatole Abanqın sərt cəzalandırılacağını söyləyib: "Şəhriyar Əliyevin epizodunda hakimin səhvi var idi. Abanqa göstərilən qırmızı vərəqə isə haqlı idi. O, ən ağır cəzanı alacaq. Əvəzedici komandaya göndəriləcək, AFFA İntizam Komitəsinin cəriməsini özü ödəyəcək. Biz özümüz də ona cəza verəcəyik. Çünki 25-ci dəqiqədə qırmızı vərəqə almaq yolverilməzdir. Oyun epizodu olsaydı, hardasa başa düşmək olardı" (Report).
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi