"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 3-cü turunda "Keşlə"yə 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
Qol.az xəbər verir ki, o, ilk dəqiqələrin tam düşündükləri kimi olduğunu bildirib: "Üstünlük qazana bildik, topa nəzarət edirdik. Ümumən ilk yarıda qırmızı vərəqəyədək yaxşı oynadıq. Rəqib azlıqda qaldıqdan sonra futbolçularım konsentrasiyanı itirdi. Say üstünlüyündən istifadə etməyə çalışırdıq. Sonda buna nail olduq və çox vacib qələbə qazandıq".
Sadıqov matçlarda dəyişiklik etməyə çalışdıqlarını bildirib: "Daha hücumameyilli oynamaq istəyirik. Heyəti də bu düşüncə ilə komplektləşdirdik. Bəzən alınır, bəzən işlər düşündüyümüz kimi getmir. Ümumilikdə isə çıxışımızdan razı qaldım".
DÇ-2026-nı buraxacaq
Tarixin 70-cisi
“Latsio” sonda sevindi
"Bu uğurun sirri barədə danışmaq çətindir" - Kurban Berdiyev
“Turan Tovuz”dan qələbə, “Zirə” - “Kəpəz” matçında heç-heçə
Neymar DÇ-2026 üçün ilkin heyətə daxil edildi
"Zirə" - "Kəpəz" matçında vurulan 4 qol - Video
"Mançester Siti" ilə oyunu buraxacaq
Sadıqovdan şüarlara cavab
La Liqa prezidenti Xavinin Messi açıqlamasını təkzib etdi
"Atletiko" Qonsalesi transfer etməyə tələsmir
Hakimi tənqid etdiyinə görə cərimələndi