"Danışılası çox şey yoxdur. Məğlub olduq, buraxdığımız uşaq səhvi qolla nəticələndi. Nəticəni dəyişmək istədik, alınmadı. Rəqibi təbrik edirik".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Ramin Quliyev evdə "Qəbələ"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının 3-cü tur matçından sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, komandada istəksizlik yoxdur: "Ardıcıl məğlubiyyətlər və 3 oyuna qol vura bilməməyimiz inamsızlıq yaradır. Kənardan istəksizlik görünə bilər, amma elə deyil. Sadəcə, artıq futbolçularda özünəinam azalır".
Onun sözlərinə görə, hazırkı vəziyyətdən çıxış yolu tapmaq lazımdır: "Yenə deyirəm, bir az vaxt lazımdır. Hücumları dəyərləndirə bilmirik. Oyunlara baxıb təhlil edəcəyik".
Quliyev komanda daxilində hər şey yaxşı olduğunu söyləyib: "Düzdür, məğlubiyyətlər heç kimə xoş deyil, amma ətrafda olan söz-söhbərlərdən xəbərim yoxdur. Komandanın daxilində hər şey qaydasındadır". (Report)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi