Emin Mahmudov seçmə mərhələdə 1-ci oldu

Emin Mahmudov seçmə mərhələdə 1-ci oldu
ÖLKƏ FUTBOLU 10 Sentyabr 2021 / 10:58 3776
-  A +

Azərbaycan millisinin futbolçusu Emin Mahmudov DÇ-2022-nin seçmə mərhələsində topu ən çox ələ keçirən oyunçudur.

Qol.az OPTA-ya istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi matçlar zamanı ümumilikdə 26 dəfə rəqiblərdən topu almağı bacarıb.

Slovakiya millisinin müdafiəçisi Petar Stoyanoviç (18) 2-ci sırada qərarlaşıb.

Azərbaycan millisinin digər üzvü Anton Krivotsyuk isə 3-cüdür. Polşanın "Visla" (Plotsk) komandasında oynayan futbolçu 17 dəfə topu ələ keçirib.

Xatırladaq ki, A qrupunda mübarizə aparan Azərbaycan 5 oyundan sonra 1 xalla sonuncu pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
topaz banner