“Hər şeyi çox bəyəndim, hər şey çox yüksək səviyyədə idi. Möhtəşəm stadionlar, tribunalarda çoxlu azarkeş var idi”.
Qol.az xəbər verir ki, bu sözləri Ukrayna “Minay”ında çıxış edən millimizin üzvü Rüstəm Əhmədzadə klubun rəsmi saytına açıqlamasında deyib.
O, millimizin son 3 oyunundan yalnız birində meydana çıxmasının səbəbini izah edib: “Lüksemburqla oyunun iştirak ərizəsində yer almadım. Çünki millinin düşərgəsinə çox gec qoşuldum. "Şaxtyor"la oyun olduqca çətin və yorucu idi. Məşqçilər heyəti buna görə fiziki durumumu və İrlandiyaya daha yaxşı hazırlaşmağımı qərara aldılar. Baş məşqçimiz De Byazi mətbuat konfransında məni tərfilədi. İrlandiya ilə oyunun sonunda yüngül zədələndim. Ona görə Portuqaliya ilə oyunda iştirak etmədim”.
20 yaşlı hücumçu İrlandiya ilə görüşü (1:1) belə şərh edib: “Bəli, İrlandiya ilə qarşılaşmada qol vurmalı idim. Belə fürsətləri dəyərləndirmək lazımdır. Yığmamız üç matça cəmi 1 xal qazanıb. Düşünürəm ki, hələ hər şey qabaqdadır. Yaxşı komandamız, daha yaxşı oynamaq şanslarımız var. Düşünürəm ki, daha çox xal yığacağıq.
Azərbaycanda bir çox azarkeş mənə yazır. Onlar matçlarımızı izlədiklərini, bizə dəstək olduqlarını söyləyirlər. Bunlar gözəldir”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi