"Qarabağ"a qarşı oynamayacaq

"Qarabağ"a qarşı oynamayacaq
ÖLKƏ FUTBOLU 9 Sentyabr 2021 / 16:16 3415
-  A +

"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi "Omoniya"nın (Kipr) futbolçusu Miks Diskerud Ağdam təmsilçisi ilə ilk oyunu buraxacaq.

Qol.az xəbər verir ki, bu barədə goal.philenews.com saytı məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçinin ayağında sınıq aşkarlanıb. Ona görə də sözügedən oyunçu ən az 4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, "Qarabağ" və "Omoniya" arasında ilk matç sentyabrın 30-u Kiprdə olacaq.

Daha çox


Son xəbərlər
topaz banner