"Qəbələ"nin oyunlarının vaxtı dəqiqləşdi

"Qəbələ"nin oyunlarının vaxtı dəqiqləşdi
ÖLKƏ FUTBOLU 9 Sentyabr 2021 / 14:59 1034
-  A +

“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasının 1-ci mərhələsindəki oyunlarının vaxtı dəqiqləşib.

Qol.az xəbər verir ki, Çempionlar yolunda mübarizə aparacaq komanda “Alkmaar” (Niderland) ilə sentyabrın 29-u Qəbələ şəhər stadionunda qarşılaşacaq. Matç saat 17:00-da başlayacaq.

Cavab oyunu isə oktyabrın 19-da “AZ Təlim-Məşq Mərkəzi”ndə keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, bu cütün qalibinin növbəti mərhələdə “Şikszereda” (Rumıniya) – “Anje” (Fransa) duelinin güclüsü ilə üz-üzə gələcək.

Daha çox


Son xəbərlər
topaz banner