İrlandiya millisinin baş məşqçisi Stiven Kenni DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla matçdan öncə mətbuat konfransı təşkil edib.
Qol.az xəbər verir ki, 50 yaşlı mütəxəssis yığmamızın yaxşı təsir bağışladığını bildirib:
"Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarını izləmişik. Komanda məğlub olsa belə, yaxşı təsir bağışlayır. "Qarabağ"ın bu mövsüm avrokuboklardakı çıxışını da xüsusi vurğulamaq lazımdır. Koronavirusdan sağalan Kallum Robinson İngiltərədə klubu ilə məşq edib. O, sabah Azərbaycanla qarşılaşmada meydana çıxa bilər".
Qeyd edək ki, sentyabrın 4-də Dublindəki "Avivo" stadionunda keçiriləcək İrlandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
DÇ-2026-nı buraxacaq
Tarixin 70-cisi
“Latsio” sonda sevindi
"Bu uğurun sirri barədə danışmaq çətindir" - Kurban Berdiyev