"Azərbaycanla oyunun sonları bizim üçün asan keçmədi"

"Azərbaycanla oyunun sonları bizim üçün asan keçmədi"
ÖLKƏ FUTBOLU 2 Sentyabr 2021 / 01:56 2399
-  A +

“İlk hissədə oyuna daha çox nəzarət edən tərəf biz idik. Əlbəttə, bunda erkən qol vurmağımızın da səbəbi vardı".

Qol.az xəbər verir ki, bu sözləri Lüksemburq millisinin baş məşqçisi Luk Holtz DÇ-2022-nin seçmə mərhələsində yığmamıza qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib. 

O, 2:1 hesablı qələbəni belə şərh edib: "Komandamın oyununda razı qaldım. İkinci hissədə rəqibin daha çox üzərimizə gələcəyini gözləyirdik. Elə də oldu. Cərimə zərbəsindən baxımlı qol vuraraq hesab arasındakı fərqi azaltdılar. Xüsusən, oyunun sonları bizim üçün asan keçmədi. Üç oyundan 6 xal toplamışıq. Təbii ki, bu nəticə məni olduqca qane edir”.

Daha çox


Son xəbərlər
10.03.26  16:33

DÇ-2026-nı buraxacaq

10.03.26  10:40

Tarixin 70-cisi

topaz banner