De Byazinin məğlubiyyət şərhi

De Byazinin məğlubiyyət şərhi
ÖLKƏ FUTBOLU 2 Sentyabr 2021 / 01:40 7094
-  A +

“İlk hissədə potensialımızdan aşağı səviyyədə çıxış etdik. Müdafiədən çıxmaqda çətinlik çəkirdik. Məşqlərdə bunun üzərində çox işləyirdik. Çox sadə iki qol buraxdıq".

Qol.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsində səfərdə Lüksemburqla keçirilən görüşdən (1:2) sonra mətbuat konfransında deyib.  

İtaliyalı mütəxəssis millimizin ardıcıl 3-cü məğlubiyyətini belə şərh edib: "İstək və aqressiya baxımından rəqibdən geri qalırdıq. Fasilədə 3 əvəzetmə etdik və bu da oyunumuza müsbət təsir göstərdi. İkinci hissənin 12-ci dəqiqəsindən etibarən oyuna nəzarəti ələ aldıq. Qol vurmaq üçün yaxşı imkanlarımız oldu. Təəssüf ki, istifadə edə bilmədik. Belə oyunlarda ilk dəqiqələrdən istəkli olmalıyıq".
 
De Byazi futbol ictimaiyyəti və azarkeşlər tərəfindən təəccüblə qarşılananan heyət seçimini isə belə izah edib: "Heyət seçiminə gəlincə, futbolçuların bəziləri ilə ayın 25-dən birlikdə məşq edirdik. Ölkə xaricində oynayanlar düşərgəyə gec qoşulmuşdular. Bizimlə birlikdə az məşq etdikləri üçün seçimi bu cür etmişdim”.

Daha çox


Son xəbərlər
10.03.26  16:33

DÇ-2026-nı buraxacaq

10.03.26  10:40

Tarixin 70-cisi

topaz banner