Ronaldo millimizlə oyunu buraxacaq

Ronaldo millimizlə oyunu buraxacaq
ÖLKƏ FUTBOLU 2 Sentyabr 2021 / 01:03 4721
-  A +

DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu millimizə qarşı keçirəcək Portuqaliya yığması ciddi itki ilə üzləşib.

Qol.az xəbər verir ki, komandanın lideri Kriştiano Ronaldo cəzalı duruma düşüb. 36 yaşlı hücumçu seçmə mərhələdə bu gün İrlandiya ilə keçirilən görüşdə (2:1) sarı vərəqə alıb. Bununla da sarı vərəqə limitini dolduran kapitan millimizlə Bakıdakı görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, Azərbaycan - Portuqaliya matçı sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək.  

Daha çox


Son xəbərlər
10.03.26  16:33

DÇ-2026-nı buraxacaq

10.03.26  10:40

Tarixin 70-cisi

topaz banner