"Neftçi" braziliyalı hücumçu transfer etdi - Video

"Neftçi" braziliyalı hücumçu transfer etdi - Video
ÖLKƏ FUTBOLU 1 Sentyabr 2021 / 20:09 5790
-  A +

“Neftçi” hücumçu transferini rəsmiləşdirib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı Ramon Maçado ilə 1 il müddətinə müqavilə bağlanıb. 30 yaşlı futbolçu komandanın heyətində 91 nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Brazil de Pelotas” (2016, 2021) olan Ramon Maçado Almaniyanın “Regensburq” (2012-2013), Braziliyanın “Espartivo” (2014), “Layeadense” (2014, 2015), “Santa Kruz” (2014), “Boa Esporte” (2015), “Ponte Preta” (2017), “Yuventude” (2017), “Vila Nova” (2018), “İtuano” (2019), “Parana” (2019), “Santo Andre” (2020, 2021) və “Botafoqo”da (2020) da çıxış edib.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov və müdafiəçilər Romen Bask, Huqo Bastonu transfer edib.




Daha çox


Son xəbərlər
10.03.26  16:33

DÇ-2026-nı buraxacaq

10.03.26  10:40

Tarixin 70-cisi

topaz banner