"Barselona"nın kapitanlarından Aquero üçün fədakarlıq

"Barselona"nın kapitanlarından Aquero üçün fədakarlıq
ÖLKƏ FUTBOLU 1 Sentyabr 2021 / 11:53 4378
-  A +

"Barselona"nın 2-ci və 3-cü kapitanları Serxio Busqets və Jordi Alba maaşlarının azaldılmasına razı olublar.

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Sözügedən oyunçuların məvaciblərində 25 faiz endirim etdikləri bildirilib. Beləliklə, iqtisadi problemləri olan Kataloniya klubu yeni transferi Serxio Aqueronu La Liqada qeydiyyatdan keçirə bilib. Əks halda "Barselona" maliyyə feyr-pley qaydalarını pozacaqdı.

Daha əvvəl komandanın əsas kapitanı Jerar Pike də maaşının azaldılmasına razı olub.

Qeyd edək ki, Aquero may ayının 31-də "Barselona" ilə 2 illik müqavilə imzalayıb.

Daha çox


Son xəbərlər
10.03.26  16:33

DÇ-2026-nı buraxacaq

10.03.26  10:40

Tarixin 70-cisi

topaz banner