Millimizin üzvü "Şaxtyor"a qol vurdu

Millimizin üzvü "Şaxtyor"a qol vurdu
ÖLKƏ FUTBOLU 29 Avqust 2021 / 20:35 4422
-  A +

Ukrayna Premyer Liqasında 6-cı turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, azərbaycanlı futbolçular – Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” Donetsk “Şaxtyor”u ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Rüstəm görüşəə start heyətdə başlayıb və 89-cu dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 76-cı dəqiqədə məhz millimizin hücumçusu vurub. Eldar isə 61-ci dəqiqədə meydana buraxılıb. O, 90+1 və 90+6-cı dəqiqələrdə aldığı sarı vərəqələrə görə meydandan qovulub.
 
Qeyd edək ki, “Minay” hazrda turnir cədvəlində 16 kollektiv arasında 11-cidir.

Daha çox


Son xəbərlər
10.03.26  16:33

DÇ-2026-nı buraxacaq

10.03.26  10:40

Tarixin 70-cisi

topaz banner