Mahirin qolu qeydə alınmadı, komandası uduzdu

Mahirin qolu qeydə alınmadı, komandası uduzdu
ÖLKƏ FUTBOLU 29 Avqust 2021 / 21:30 10644
-  A +

Millimizin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Legiya" bu gün Polşanın əsas liqasında növbəti matçına çıxıb.

Qol.az xəbər verir ki, komanda "Visla Krakov"la üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub.

Mahir bu oyuna 46-cı dəqiqədə Mateus Holovnisin əvəzinə daxil olub. 24 yaşlı hücumçu görüşdə fərqlənsə də, onun qolu qeydə alınmayıb.

Qeyd edək ki, "Legiya" turnir cədvəlində 6 xalla 14-cüdür.

Daha çox


Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner