"ilk dəqiqələrdən təhlükəni hiss etdik. Qapımız qarşısında qol epizodu yaşandı. Yusuf Lavalın yoxluğu da təsir etdi. Bundan başqa, 3 nərəin oyundan qopmağı bizə belə problem yaratdı. Nə qədər ağır məğlubiyyət olsa da, bizim üçün yaxşı təcrübə oldu. Bundan sonra kimlərlə yola davam edəcəyimizə baxacağıq. Əsas fikrimiz çempionata yönələcək".
Qol.az "Report"a istinadən xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov İsraildə Hayfa "Makkabi"sinə 0:4 hesabı ilə uduzduqları Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis bildirib ki, burada günahkar təkcə Samir Abasov və ya kimsə deyil: "Avrokuboklaradək olan hazırlıq dövrünü özünüz də görürsünüz. Belə heyətlə bu cür rəqibə qarşı sırf şansın hesabına nə isə edə bilərdik. Təəssüf ki, bu da alınmadı. Günahkar axtarmaqdansa, bundan nəticə çıxarmalı, ayağa qalxmalıyıq. Özümüzü çempionatda sübut etməyilik".
Onun sözlərinə görə, belə rəqibə qarşı istədiyin heyətlə oynaya bilmirsənsə, işin çox çətindir. Harramiz Soareş, Fəhmin Muradbəyli və Mert Çelik zəif çıxış etdi. Çelikin oyununu təcrübəsizliklə əlaqələndirmək olar. Digərlərini isə başa düşə bilmirəm. Heyətimiz yetərli olmadığı üçün avrokuboklarda mübarizəni dayandırdıq".
Abasov komanda daxilində vəziyyətin yaxşı olduğunu bildirib: "Uduzsaq da, kollektivdə problem yoxdur. Düzdür, belə hesabla məğlubiyyət pis təsir edir. Amma futbolçular arasında heç bir gərginlik yoxdur. Ola bilər ki, meydanda bir-birilərini başa düşmürlər. Bu da onların keyfiyyətindən asılıdır. Nə qədər hazırlıqlı olsan da, oyunu dəyişmək üçün yaxşı heyətin olmalıdır. Biz dəyişiklikləri məcburiyyətdən edirik. Razıyam, "Neftçi" avrokuboklarda oynamaq üçün hazır deyildi. Məqsədlər mövsümün əvvəlində bəlli olmalıdır. Məsələn, "Qarabağ" bir neçə oyunçu gətirib. Hədəfləri bəllidir. Bizdə qırılma nöqtəsi məhz transferlərlə bağlı oldu. Hələ Finlandiya HİK-i ilə oyundan sonra belə nəticənin olacağı gözlənilirdi. Emin Mahmudovun bədənində su qalmayıb. Onu "ölü" vəziyyətdə meydana buraxırıq. Xalqımızı təmsil edirik, ona görə də məğlubiyyətə görə üzülürük".
Baş məşqçi heç vaxt təslim olmayacaqlarını deyib: "Vəziyyət acınacaqlı deyil. Sadəcə, heyət komplektləşməyib. Ayağa qalxmalıyıq. Özümüzü "Qarabağ"la müqayisə etməkdə məqsəd kiminsə işinə qarışmaq deyil. "Neftçi"nin hədəfi hər zaman çempionluqdur. İndiki məqamda bu uşaqlarla yolumuza davam edəcəyik".
Təcrübəli mütəxəssis Harramiz Soareşin sol cinahda oynamasının səbəbini də izah edib: "Yusuf Laval olmasaydı, Harramiz yüz faiz oynamayacaqdı. Desəm, heyət qurun, siz də baş sındıracaqsınız. Harramiz sürətli olduğu üçün sol cinahda çıxış edirdi. Təəssüf ki, oyundan qopan ilk futbolçulardan idi".
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı