“Neftçi” bu gün avrokuboklarla vidalaşıb.
Qol.az xəbər verir ki, mübarizəyə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindən başlayan “ağ-qaralar” bu raundda Tbilisi “Dinamo”sunu hər iki oyunda 2:1 hesabı ilə qalib gəlməklə keçib.
2-ci təsnifat mərhələsində “Olimpiakos” (Yunanıstan) səddini adlaya bilməyən (0:1, 0:1) son Azərbaycan çempionu Avropa Liqasında yuvarlanıb. Bu turnirin 3-cü təsnifat mərhələsində paytaxt təmsilçisi Finlandiya HİK-i ilə qarşılaşıb. “Neftçi” ilk oyunda 2:2 hesablı heç-heçə etsə də, cavab görüşündə rəqibinə böyük hesabla uduzub – 0:3.
“Neftçi” bu oyundan sonra yoluna Konfrans Liqasında davam etməli olub. Lakin Samir Abasovun kollektivi bu yarışda da uğur qazana bilməyib. Pley-off mərhələsində “Makkabi”yə (Hayfa) rəqib olan “Neftçi” ilk matçda evdə 3:3 hesablı bərabərliyə razılaşıb. Lakin komanda bu gün səfərdə 0:4 hesabı ilə məğlub olub və avrokuboklarla vidalaşıb.
Beləliklə, “Neftçi” yoluna Azərbaycan Premyer Liqasında davam etməli olacaq.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi