"Qarabağ" ardıcıl 8-ci dəfə qrup mərhələsində! - Yenilənib

"Qarabağ" ardıcıl 8-ci dəfə qrup mərhələsində! -  Yenilənib
ÖLKƏ FUTBOLU 27 Avqust 2021 / 00:32 13864
-  A +

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.

Qol.az xəbər verir ki, təmsilçilərimizdən "Qarabağ" səfərdə "Aberdin"lə qarşılaşıb. Bakıda keçirilən ilk matçda 1:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi Şotlandiyada da 3:1 hesablı qələbə qazanaraq qrup mərhələsinə yüksəlib.

Beləliklə, Qurban Qurbanovun komandası son 8 ildə ardıcıl olaraq hər mövsüm avrokubokların qrup mərhələsində çıxış edəcək. "Qarabağ" bir dəfə Çempionlar Liqası, altı dəfə isə Avropa Liqasının qrupunda oynayıb.

26 avqust

Konfrans Liqası

Pley-off mərhələsinin cavab oyunu

22:45. “Aberdin” (Şotlandiya) – “Qarabağ” (Azərbaycan) - 1:3
Qollar:
Toral Bayramov, 8 (0:1), Malinovski, 18 (0:2), Zubir, 72 (0:3), Ferqyuson, 90+2 (1:3)
Baş hakim: Harald Lexner (Avstriya)
Aberdin. “Pittodri” stadionu
İlk oyun – 0:1

Daha çox


Son xəbərlər
10.03.26  16:33

DÇ-2026-nı buraxacaq

10.03.26  10:40

Tarixin 70-cisi

topaz banner