“Herta”nın sabiq hücumçusu “Neftçi”yə keçir

“Herta”nın sabiq hücumçusu “Neftçi”yə keçir
ÖLKƏ FUTBOLU 25 Avqust 2021 / 11:36 6844
-  A +

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

Qol.az xəbər verir ki, son klubu Hayfa “Makkabi”si olan Nikita Rukavitsa paytaxt təmsilçisi ilə razılığa gəlib.

Bu barədə İsrailin “One” nəşri məlumat yayıb. 34 yaşlı hücumçunun hazırda İsraildə olduğu və Konfrans Liqasının pley-offunda sabah "Neftçi"nin “Makkabi” (Hayfa) ilə oyunundan sonra "ağ-qaralar"la birlikdə Bakıya gələcəyi bildirilib. Nikitanın “Neftçi”də illik 400 min avro qazanacağı da iddia edilir.

Qeyd edək ki, Avstraliya millisinin üzvü karyerası ərzində ölkəsində “Pert”, “Vestern Sidney”, Niderlandda “Tvente”, Almaniyada “Herta”, “Maynts”, İsraildə “Beytar” və “Makkabi” kimi klublarda çıxış edib. Hücumçu hazırda azad agentdir.

Daha çox


Son xəbərlər
10.03.26  16:33

DÇ-2026-nı buraxacaq

10.03.26  10:40

Tarixin 70-cisi

topaz banner