“Makkabi”nin baş məşqçisi "Neftçi" ilə oyun haqda

“Makkabi”nin baş məşqçisi "Neftçi" ilə oyun haqda
ÖLKƏ FUTBOLU 23 Avqust 2021 / 12:52 3565
-  A +

İsrailin “Makkabi” (Hayfa) klubunun baş məşqçisi Barak Baxar Konfrans Liqasının pley-off mərhələsində “Neftçi”yə qarşı keçirəcəkləri cavab oyunundan əvvəl fikirlərini bildirib.

Qol.az xəbər verir ki, o, “One” nəşrinə  açıqlamasında Konfrans Liqasında qrup mərhələsinə yüksəlmək istədiklərini deyib:

“Çiyinlərimizdə çox yük var. Cümə axşamı vəzifəmizi tamamlayıb, qrup mərhələsinə yüksəlməliyik. Bu mövsüm oyunlarımız çoxdur. Ümid edirəm ki, Avropada daha irəli gedə, qrup mərhələsində oynaya biləcəyik. Yaxşı heyətimiz var və bu oyunçular onlara etibar edə biləcəyimi göstərdilər. İnanıram ki, vəzifəmizi öz evimizdə tamamlayacağıq”.

Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Makkabi" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüş 3:3 hesabı ilə bitib.

Daha çox


Son xəbərlər
10.03.26  16:33

DÇ-2026-nı buraxacaq

10.03.26  10:40

Tarixin 70-cisi

topaz banner