Ayxan Abbasov üçün əlamətdar oyun

Ayxan Abbasov üçün əlamətdar oyun
ÖLKƏ FUTBOLU 23 Avqust 2021 / 12:20 2415
-  A +

Azərbaycan Premyer Liqasının 2-ci turu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov üçün əlamətdar olub.
 
Qol.az xəbər verir ki, mütəxəssis karyerasında 50-ci qələbəsini qazanıb. Onun komandası “Sabah”la ev matçında 2:0 hesabı ilə qalib gəlib.

Bu qələbə onun karyerasında 135-ci matça təsadüf edib. Abbasov “Sumqayıt”da 28 (84 oyunda), bundan əvvəl çalışdığı “Zirə”də 22 (51) oyunda komandasının qalib gəlməsinə sevinib.

Bu qələbələrdən 41-i Premyer Liqaya təsadüf edib. Mütəxəssis Azərbaycan kubokunda 7, Avropa Liqasında 2 uğura şahid olub.

Daha çox


Son xəbərlər
10.03.26  16:33

DÇ-2026-nı buraxacaq

10.03.26  10:40

Tarixin 70-cisi

topaz banner