Bu gün Unibank Premyer Liqasında 9-cu turun oyunlarına start veriləcək. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə keçiriləcək 3 oyunla millimizin AÇ-2012-nin seçmə mərhələsi çərçivəsindəki çıxışıyla əlaqədar yaranmış 2 həftəlik fasilə başa çatmış olacaq. Turun 3 qarşılaşması paytaxtda baş tutacaqsa, qalan 3 oyun da bölgələrdə keçiriləcək.
Hesabat turuna Qəbələdə eyniadlı yerli komandayla “Muğan” arasındakı matçla start veriləcək. Turnir cədvəlində qonşu olan tərəflərin dueli gərgin mübarizə vəd edir. İlk 3 oyununda məğlub olmasına baxmayaraq, sonradan qələbələri sıralamağa başlayan Toni Adamslı “Qəbələ” növbəti 3 xalını qazanmaqla, ilk “altılığ”a düşməyə yaxındır. Salyan klubu isə əksinə, mövsümə yaxşı başlamasına rəğmən, son oyunlarda “Neftçi” və “İnter”ə uduzduqdan sonra iddialılar arasındakı mövqeyini əldən verdi. İndi Almir Hurtiçin komandası çətin səfər matçında növbəti qələbəsini qazanmaqla, 1 xal geri qaldığı rəqibini qabaqlamağı və uğursuzluğa son qoymaq iddiasındadır.
Günün ikinci oyununda isə AZAL-la “İnter” üz-üzə gələcək ki, bu matç həm də turun mərkəzi qarşılaşması hesab olunur. “Şəfa” stadionundan istifadə edən hər iki klub üçün meydan amili o qədər də əhəmiyyət kəsb etməsə də, nominal meydan sahibi qismində “təyyarəçilər” mübarizə aparacaq. Baxmayaraq ki, bu stadion “İnter”in balansındadır. “Qəbələ”ylə “Muğan” kimi, bu iki komanda da turnir cədvəlində qonşudur. Baş məşqçisi Kaxaber Sxadadzenin hələ də cəzalı olduğu son ölkə çempionu növbəti 3 xala sahib çıxmaqla, liderlər qrupundakı mövqeyini möhkəmləndirmək istəyirsə, Nazim Süleymanovun komandası da bu rəqibini qabaqlamağı hədəfləyir.
Günün son oyunu isə “Bakı”yla MOİK arasında baş tutacaq. Son oyunlarda özünə gəlməyə başlayan Vinfrid Şeferin komandası bu dəfə də 3 xala rahat sahib çıxmalıdır. Axı son oyunlarını bir qayda olaraq böyükhesablı yenilgilərlə üzləşən “hərbçilər” ötən tur “Gəncə”yə 5 cavabsız qolla uduzmuşdu. Bu məntiqlə iddialı son ölkə kubokunun sahibinin də sürprizlə üzləşməyəcəyini proqnozlaşdırmaq mümkündür. “Gəncə”ylə oyundan sonra istefa qərarını açıqlayan, lakin rəhbərliyin, getməsinə icazə vermədiyi Ramil Əliyevin komandasının isə bu oyunda da özünə gəlməsi inandırıcı görünmür.
Hesabat turuna sabah keçiriləcək oyunlarla yekun vurulacaq. Turnir cədvəlində ilk iki pillənin sahibi olan “Xəzər Lənkəran”la “Neftçi” qərb təmsilçiləriylə səfər oyununa çıxacaq. Son turda xal itkisiylə üzləşərək vahid liderliyi əldən verən Lənkəran klubu “Gəncə”nin, yenidən zirvədə qərarlaşan “ağ-qaralar” isə “Turan”ın qonağı olacaq. Bütün Azərbaycan çempionatlarının iştirakçıları olan Bakı və Tovuz klublarının bu dəfəki duelində Arif Əsədovun komandasının liderliyini qorumaq şansları daha yüksəkdir. Axı baş məşqçi dəyişikliyinə məruz qalan Tovuz təmsilçisi yeni heyət formalaşdırmaqdadır və onların özlərinə gəlməsi üçün müəyyən zamana ehtiyac var. “Neftçi”ylə müqayisədə “Xəzər Lənkəran”ın işi daha çətin görünür. Axı Fuad İsmayılovun çalışdırdığı “Gəncə” son turlarda inamlı təsir bağışlamaqdadı. Lakin cari mövsümdə ilk qolunu ötən tur buraxan Mirça Rednikin komandasının da xal itirəcəyinə inananlar azdır. Düzdür, “ağ-yaşıllar”ın əsas qapıçısı Kamran Ağayev elə ilk qolunu buraxdığı “Bakı”yla qarşılaşmaya görə, 4 oyunluq cəzalandırıldığından, sabahkı oyunda iştirak edə bilməyəcək. Ancaq istənilən halda Gəncədə çox gərgin mübarizənin şahidi olacağımız dəqiqdir.
Nəhayət 9-cu turun qapanış oyununda “Qarabağ”la “Simurq” öz aralarındakı münasibətlərə aydınlıq gətirəcəklər. Qyoko Haciyevskinin gənclərdən qurduğu Zaqatala təmsilçisi hələ də qələbə üzünə həsrətdir. Lakin “Simurq”un bu uğursuz seriyaya güclü rəqibiylə qarşılaşmada son qoymaq şansları aşağıdır. Hər halda əvvəlki mövsümlərlə müqayisədə xeyli zəifləyən meydan sahiblərinin əslən Zaqataladan olan Qurban Qurbanovun komandası üçün ciddi başağrı olacağı gözlənilmir.
Unibank Premyer Liqası
9-cu tur
16 oktyabr (şənbə)
"Qəbələ" - "Muğan"
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov, Fuad Həsənov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Şahin Cəfərov.
Qəbələ. Şəhər stadionu. Saat 15:00.
AZAL - "İnter"
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Aleksandr Musatkin, Alik Yunusov.
AFFA nümayəndəsi: Əziz Əliyev.
Hakim-inspektor: Asif Namazov.
Bakı. "Şəfa" stadionu. Saat 16:30.
"Bakı" - MOİK
Hakimlər: Ramil Diniyev, Azad Q. Hüseynov, Rza Məmmədov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Nüvər Xasıyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18:00.
17 oktyabr (bazar)
"Turan" - "Neftçi"
Hakimlər: Ceyhun Haşımov, Ramiz Əsədov, İlham Əliyev, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Orucəli Durmuşov.
Tovuz. Şəhər stadionu. Saat 15:00.
"Gəncə" - "Xəzər Lənkəran"
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Eldar Nağıbəyov, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Səfər Haşımov.
Gəncə. Şəhər stadionu. Saat 15:00.
"Qarabağ" - "Simurq"
Hakimlər: Elvin Əsgərov, Roman Vasilyev, Elşən Durmuşov, Əfqan Həmzəyev.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Murad Məmmədov.
T.Bəhramov adına Respublika stadionu. Saat 15:20.
| 1 | "Neftçi" | 8 | 6 | 1 | 1 | 15-2 | 19 |
| 2 | "Xəzər Lənkəran" | 8 | 5 | 3 | 0 | 9-1 | 18 |
| 3 | "İnter" | 8 | 5 | 1 | 2 | 7-3 | 16 |
| 4 | AZAL | 8 | 4 | 2 | 2 | 9-6 | 14 |
| 5 | "Qarabağ" | 7 | 3 | 2 | 2 | 7-4 | 11 |
| 6 | "Gəncə" | 8 | 2 | 5 | 1 | 11-8 | 11 |
| 7 | "Qəbələ" | 8 | 3 | 1 | 4 | 6-7 | 10 |
| 8 | "Muğan" | 8 | 2 | 3 | 3 | 6-7 | 9 |
| 9 | "Bakı" | 7 | 2 | 3 | 2 | 10-9 | 9 |
| 10 | MOİK | 8 | 1 | 1 | 6 | 3-18 | 4 |
| 11 | "Turan" | 8 | 0 | 3 | 5 | 5-13 | 3 |
| 12 | "Simurq" | 8 | 0 | 3 | 5 | 5-15 | 3 |
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər
"Şamaxı" - "Araz-Naxçıvan" matçından - Video
Osimhen milliyə çağrılmadı
16 yaşlı qapıçının debütü təxirə salındı
1-ci liqada bu gün yalnız “Şəfa” qələbəyə sevindi
"Real" və "Atletiko"dan sonra növbə "Qalatasaray"ındır?
Premyer Liqa rekordçusu gələcəyini ailəsinə həvalə etdi
"Mançester Yunayted" onun üçün 100 milyon xərcləyəcək?
"Layiq olmadığımız məğlubiyyətlə üzləşdik" - Ayxan Abbasov
"Oyun heç-heçə də bitə bilərdi" - Andrey Demçenko
Azərbaycan millisi Farer adalarına da böyük hesabla uduzdu
"Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
Kvaratsxeliya ÇL tarixinə belə düşdü
Elşən Abdullayev mükafatlandırıldı
"Real" ilk dəfə belə uğur qazanır
"Sportinq"in baş məşqçisi 5:0-dan danışdı
“Şamaxı” - “Araz-Naxçıvan”: Heyətlər
Premyer Liqada daha 5 oyunun hakimləri açıqlandı
ÇL-in oyunları bu kanallarda
Qvardiola "Mançester Siti"dəki gələcəyi ilə bağlı nə dedi?
"Neftçi”yə təklif olunan həmin futbolçular mənə lazım deyil”
"Bodo-Qlimt"in baş məşqçisindən vida açıqlaması
Liverpul küçələrində "Qalatasaray" atəşfəşanlığı - Video
AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununda
"Real" "Mançester Siti"yə belə qalib gəldi - Video
Riçard Almeydanın yeni klubu
Seneqaldan çempionluq alınıb Mərakeşə verildi! - Şok qərar
"Bodo-Qlimt" ÇL-lə vidalaşdı, "Real" və PSJ 1/4 finalda
"Fənərbaxça"dan böyükhesablı qələbə
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar