"Transfer pəncərəsi zamanı heç bir qapını bağlamadım. Belçikada əlaqələrim var, amma çox azdır. İyunadək Rumıniyada müqavilə imzalamalı idim. Son anda təyyarəyə minməkdən imtina etdim".
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin belçikalı yeni transferi Loris Broqno ölkəsinin mətbuatına açıqlamasında deyib.
29 yaşlı yarımmüdafiəçi "Zirə"yə gəlməklə həm özü, həm də ailəsi üçün doğru seçim etdiyini bildirib: "Avropa çempionatı zamanı transfer bazarında aktivlik olmur. Həqiqətən iyulun ortalarına qədər sakitlik idi. Daha sonra təkliflərim olsa da, səbrli davrandım. Özüm, həyat yoldaşım və iki övladım üçün doğru olanı seçmək istəyirdim".
Broqno "Zirə"yə keçidi zamanı ilk olaraq baş məşqçi Rəşad Sadıqovla danışdığını deyib: "Mənimlə maraqlananlar arasında bu klub da var idi. İlk danışığım baş məşqçi Rəşad Sadıqovla gerçəkləşib. O, məni fəlsəfəsi və layihəsi ilə tanış etdi. İngilis dilini bilmədiyi üçün bunu tərcüməçi vasitəsi ilə reallaşdırdı. Əslində, Sadıqov Azərbaycan futbolunun ulduzudur. Onu yaxşı tanıyırlar və hörmət edirlər".
Qeyd edək ki, "Zirə" Loris Broqno ilə 2 illik müqavilə imzalayıb.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi