Almeyda meydanı xərəkdə tərk etdi

Almeyda meydanı xərəkdə tərk etdi
ÖLKƏ FUTBOLU 22 Avqust 2021 / 22:30 4446
-  A +

"Qarabağ" Premyer Liqanın 2-ci turunda "Səbail"lə görüşü tam heyətlə başa vura bilməyib.

Qol.az xəbər verir ki, matçın 83-cü dəqiqəsində Ağdam klubunun yarımmüdafiəçisi Riçard Almeyda zədələnib. Əzələsi dartılan 32 yaşlı yarımmüdafiəçi meydanı xərəkdə tərk edib.
 
"Qarabağ" buna qədər hər üç oyunçu dəyişkliyindən istifadə etdiyindən görüşün sonunu azlıqda keçirməli olub. Bununla belə, Qurban Qurbanovun komandası 3:0 hesablı üstünlüyünü qoruyub və qələbə qazanıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner