"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var".
Bu fikirləri "Sabah"ın baş məşqçisi Ramin Quliyev Premyer Liqanın II turunda səfərdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfrasında deyib.
40 yaşlı mütəxəssis ilk hissədə hücumla yarımmüdafiə arasında məsafənin böyük olmasına münasibət bildirib: "Rəqib bizi buna məcbur etdi. "Sumqayıt" kompakt oynayırdı. Deməzdim ki, ilk qolda hər şey əldən getdi. Amma ikinci qoldan sonra vəziyyət çox mürəkkəb oldu".
Quliyev komandada gedənlərin sayının gələnlərdən çox olduğunu söyləyib: "Üstəlik, bəzi gələnləri hələ sifariş edə bilməmişik. Yeni transfer ola bilər. Qarşıdakı 20 gündə maksimum hazırlaşacağıq. Bəzi oyunçuların hələ ki, transfer vərəqəsi gəlməyib. Mən olsam da, olmasam da, bu heyət avrokuboklarda çıxış edəcək" (Report).
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi