“Öncədən bizi çətin oyunun gözlədiyini bilirdik. Rəqibimiz olan “Keşlə” keyfiyyətli futbolçulardan ibarət komandadır. Həftə ərzində futbolçularımızı belə ağır matça hazırlamağa çalışdıq. Komandamız planı ümumilikdə yerinə yetirdi. Layiqli qələbə qazandıq".
Qol.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 2-ci turunda evdə "Keşlə"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Yaovi Akakponu heyətə götürəndə hazır deyildi, uzun müddət futboldan kənar qalmışdı. İlk gündən də perspektiv vəd edən oyunçu idi. Hələ potensialını tam açmayıb və daha yaxşı ola bilər. Qapıçı Nicat Mehbalıyev inandığımız və güvəndiyimiz qapıçıdır. Onun oyunundan razıyam. 2:0 hesabı ilə öndə olanda və yaradılan qol imkanlarından istifadə edə bilməyəndə gərginliyin yaranması normaldır. Rəqib də qalib gəlmək istəyirdi. “Keşlə” də təzyiq göstərirdi və ikinci hissədə öz gücünü ortaya qoydu. Müdafiəyə çəkilmək fikrimiz yox idi. Əks-hücumlar hazırlamışdıq və rəqibin boşluqlarını bilirdik. Oyun göstərdi ki, bundan da yararlandıq. Əlbəttə, nəticəyə də oynamaq önəmlidir. Məni nəticədən öncə komandanın yanaşması və tapşırıqları maksimum yerinə yetirməsi razı salır. Onda işin bəhrəsini görürsən, nəticə də bəzən alınır, bəzən yox" - deyə o bildirib.
E.Baxşıyev deyib ki, komandası daha da yaxşı ola, inkişaf edə bilər: "Fasilədə də həmin epizoda görə Məqsəd İsayevə heç kim irad bildirmədi. Bu, futbolun xırda detalıdır. Belə hallar olur. Onların üzərində çox dayanmaq lazım deyil”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi